Saytların hazırlanması
Veb sayt yaratmaq istəyirsiniz lakin haradan başlayacağınızı bilmirsiniz? Bizim veb saytlarin hazirlanmasi xidmətimizə nəzər salın.
Ətraflı məlumat üçün formu doldurun:
Korporativ veb saytların hazırlanması.
Biznesinizi ən yaxşı formada yansıdan peşəkar, funksional və korporativ veb saytlar üçün bizə müraciət edə bilərsiniz.
İlkin konsultasiya
Necə bir veb sayt istədiyinizi bizə bildirirsiniz. Biz istəklərinizə uyğun olaraq necə veb saytlar təklif edəcəyimizi sizə göstəririk.
Təkliflərin verilməsi
Demo saytlarımız içərisindən ağlınızdakı veb sayta uyğun demoların təqdim olunması.
Saytın hazırlanması
Bəyəndiyiniz demo şablon üzərinə arzuladığınız veb saytın hazırlanması, istədiyiniz dəyişikliklərin edilməsi.
Yayımlanma prosesi
Saytınız üçün hazırladığımız məzmunlar və ilkin SEO optimallaşdırma sonrasında saytınız yayıma hazır vəziyyətə gətirilir.
Veb saytların hazırlanması
Veb saytların hazırlanması xidməti biznesinizə uyğun veb saytlar hazırlayırıq. Veb sayt, bir biznesin satış etmək, müştəridə güvən yaratmaq, brendinqini gücləndirmək, rəqəmsal imicini formalaşdırmaq və reputasiyasını artırmaq üçün ən vacib kanaldır. 2025-ci ildə bir veb sayt sahibi deyilsinizsə, elə indi bizə müraciət edərək saytların hazırlanması xidmətimizdən faydalana bilərsiniz.
Təcrübəmiz və bacarığımız sayəsində müştərilərimiz üçün funksional, unikal və keyfiyyətli veb saytlar hazırlayırıq. Müştərilərimizin biznes imicini yansıdan veb saytlar yaradaraq onların rəqəmsal dünyadakı imicini gücləndiririk. Bizimlə işləyərək siz biznesiniz üçün peşəkar və korporativ veb saytların yaradılmasını təmin edə bilərsiniz.
Saytlarin hazirlanmasi addımları
Veb saytların hazırlanması xidmətimiz bir sıra mərhələlərdən ibarətdir.
Domen adının seçilməsi və hostinqin alınması
Biznesiniz üçün domen adının seçilməsi, şirkətin rəqəmsaldakı imzasını müəyyən etmək mənasına gəlir. Əgər siz biznesiniz üçün hələ bir domen adı almamısınızsa, veb saytların yaradılması zamanı biz domen adını sizin üçün alırıq. Domen alındıqdan sonra isə veb saytınızı hostinq planınıza əlavə edərək saytınızı canlı vəziyyətə gətiririk.
Dizayn və interfeysin yaradılması
Bu mərhələdə biz veb saytınız üçün ən yaxşı dizaynı hazırlayırıq. Biznesinizin imicini 1ə-1 yansıdan bir sayt dizaynı ilə veb saytınızın müştəriləriniz tərəfindən cəlbedici görünməsini təmin edirik. Veb saytların yaradılması xidməti zamanı dizayn prosesində sizin fikirlərinizi də alaraq ən yaxşı dizaynı təmin edirik.
Dizaynın sayta yerləşdirilməsi
Bu mərhələdə biz müxtəlif texnologiyalardan faydalanaraq veb saytınızı hazırladığımız dizayna əsasən yaradırıq. Saytınızın bütün dinamik funksiyaları bu mərhələdə yaradılır. İstədiyiniz funksionallıqlar və əlavəetmələr bu mərhələdə sayta yerləşdirilir.
Mobil uyğunluğun təmin olunması
Saytın mobil istifadəyə uyğunluğu həm SEO cəhətdən, həm də saytı ziyarət edəcək potensial müştərilər cəhətdən vacib bir faktordur. Biz veb saytınızın bütün cihazlarda ən yaxşı formada görünməsini və istifadə olunmasını təmin edirik.
İlkin SEO işləri
Bu mərhələdə biz veb saytınızın Google axtarışlarında yüksək sıralarda görünməsi üçün lazım olan texniki strukturu qururuq. Bu mərhələdə A-dan Z-yə SEO etmirik, sadəcə gələcəkdə görüləcək SEO işləri üçün texniki strukturu yaradırıq. Siz istəsəniz veb saytınız yaradıldıqdan sonra bizdən SEO xidməti də əldə edə bilərsiniz.
Test mərhələsi
Hər şey tamam olduqdan sonra biz veb saytınızı test etmək üçün qısa müddətli yayıma alırıq. Bu mərhələdə veb saytınız audit olunur və mövcud xətalar müəyyən olunaraq aradan qaldırılır.
Yayım mərhələsi
Hər şey tamam olduqdan sonra biz veb saytınızı istifadəçilərin ziyarəti üçün açıq hala gətiririk. Bu mərhələdən sonra da işimiz bitmir! Əgər veb saytınızda hər hansı bir xəta olsa biz bu xətaya müdaxilə edəcəyik. Əgər siz veb saytınıza əlavə etmək istədiyiniz hər hansı bir funksiya və ya dəyişiklik olsa, bizə müraciət edə bilirsiniz və biz də müraciətiniz əsasında bu funksiyaları sayta əlavə edirik.
Veb saytların hazırlanması üçün niyə bizə müraciət etməlisiniz?
İllərlə formalaşmış təcrübəmiz və peşəkar komandamızla biz hər bir müştərinin ehtiyacına uyğun, fərdi yanaşma tətbiq edirik. Hazırladığımız veb saytlar sadəcə texniki baxımdan deyil, həm də vizual və funksional cəhətdən biznes məqsədlərinizə tam uyğunlaşdırılır. Biz sizin brendinizin dəyərlərini başa düşərək, onu rəqəmsal dünyada effektiv təmsil edən saytlar hazırlayırıq.
Müştəri məmnuniyyəti bizim üçün əsas prioritetlərdəndir. Sayt hazırlanması müddətində sizinlə sıx əməkdaşlıq edərək, bütün mərhələlərdə fikirlərinizə və istəklərinizə önəm veririk. Bu yanaşma nəticəsində müştərilərimizin gözləntilərinə cavab verən və onlara dəyər qatan layihələr ərsəyə gəlir. Sizin uğurunuz bizim üçün ən böyük göstəricidir.
Texniki dəstək və sonrakı xidmətlər baxımından da müştərilərimizi tək buraxmırıq. Sayt yayımlandıqdan sonra da qarşılaşa biləcəyiniz texniki problemləri operativ şəkildə həll edirik və istənilən əlavə tələbi yerinə yetiririk. Həmçinin, gələcəkdə SEO və digər rəqəmsal inkişaf xidmətlərimizlə saytınızı daha da irəliyə apara bilərsiniz.
Sayt sifarişi üçün elə indi bizə müraciət edə bilərsiniz.
Hansı növ veb saytların hazırlanması xidmətlərini göstəririk?
eCommerce saytların hazırlanması
Onlayn məhsul satışı etmək istəyənlər üçün eCommerce veb saytların hazırlanması.
Landing-page tipli saytların hazırlanması
Xüsusi tədbirlər və ya xidmətlər üçün tək səhifəlik saytların hazırlanması.
Korporativ veb saytların hazırlanması
Xüsusi veb saytlar istəyən markalar üçün 0-dan korporativ web saytların hazırlanması.
Şablon saytların hazırlanması
Minlərlə hazır demo veb sayt arasından sizə ən uyğun şablonu seçərək veb saytınızı 2 gün içərisində təhvil alın.
Elan saytlarının hazırlanması
Son zamanlarda olduqca populyar olan elan saytlarının hazırlanması.
Xəbər saytlarının hazırlanması
Məzmun və xəbər paylaşımı üçün sürətli, funksional və istifadəçi dostu saytlarin hazirlanmasi.
Saytların hazırlanması qiymətləri!
WordPress Sayt
₼1000
Birdəfəlik ödəniş
- Şablon demo üzərinə veb saytın hazırlanması
- Biznesinizə uyğun məzmunların sayta yerləşdirilməsi
Tövsiyyə olunur
Korporativ Sayt
₼1500
Birdəfəlik ödəniş
- Şablon demo üzərinə veb saytın hazırlanması
- Sayt üçün unikal məzmunların yazılması (4 məzmun)
- Şablon demo üzərinə veb saytın hazırlanması
- Saytda markanın istədiyi dəyişikliklərin tətbiqi
- İlkin SEO optimallaşdırma
- Ödənişli SEO əlavəetmələrin sayta əlavə olunması
Xüsusi Sayt
₼4500
Başlanğıc qiymətidir.
- Markanın istəklərinə uyğun veb sayt dizaynının hazırlanması.
- Hazırlanan dizaynın kodlaşdırılması.
- Hostinq və domenin alınması.
- Saytın ilkin SEO optimallaşdırılması.
- Sayt üçün unikal məzmunların hazırlanması və sayta yerləşdirilməsi (8 məzmun)
Hansı növ veb saytlar hazırlayırsınız?
Biz hər növ veb saytlarin hazirlanmasi xidmetini göstəririk.
0-dan veb saytlar hazırlayırsınız?
Bəli. 0-dan veb saytların hazırlanması xidmetimiz mövcuddur.
Veb saytların hazırlanmasında hansı texnologiyalardan istifadə edirsiniz?
Bəli. 0-dan veb saytların hazırlanması xidmetimiz mövcuddur.
Saytların hazırlanması qiymeti nə qədərdir?
Saytların hazırlanması qiymeti 1000 AZN-dən başlayır. 0-dan sayt yaradılması qiyməti isə fərdidir. Bunun üçün bizə müraciət edərək necə bir veb sayt istədiyinizi deyərək fərdi qiymət təklifi ala bilərsiniz.